Bakı - APA-Economics. Cari ilin dekabr ayının 1-dən etibarən faktura dövrü ərzində ƏDV daxil 2 manatdan az məbləğdə xidmətlərdən istifadə edilən "Sizin tarif +" tarif istifadəçiləri üzrə 1 manat (ƏDV daxil) aylıq abunə haqqı tətbiq ediləcək. "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən "Azercell Telekom" MMC-nin tərəfindən təqdim edilən xidmətlər, tariflər və kampaniyalar barədə ətraflı məlumatları müştəri xidmətlərinə müracət etməklə əldə edə bilərlər.