Terror təşkilatı PKK/YPG-nin hərbi təlim idarəçisi zərərsizləşdirilib - FOTO

Mihyeddin Qulo

© APA | Mihyeddin Qulo

# 21 avqust 2022 11:51 (UTC +04:00)

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatı PKK/YPG-nin qondarma hərbi təhsili verən “Hebat Derik” akademiyasının rəhbəri Mihyeddin Qulonu zərərsizləşdirib.

APA Anadolu agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, Suriyanın şimalında Hasəkədə PKK/YPG terrorçularına ideoloji və silahlı təlim keçdiyi “Hebat Derik” akademiyasının idarəçilərdən biri, terrorçu Mihyeddin Qulo əməliyyat vasitəsilə zərərsizləşdirilib. Xüsusi əməliyyat MİT tərəfindən avqustun 9-da Kamışlıda həyata keçirilib.

Qulonun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyaların planlaşdırılmasında fəal rol aldığı, həmçinin Suriya Milli Ordusuna qarşı “Barış bulağı” və “Zeytun budağı” əməliyyatlarında terror təşkilatı sıralarında çalışdığı müəyyən edilib.

O da qeyd olunub ki, “Hebat Derik” adı ilə silahdan istifadə, bomba hazırlamaq və sui-qəsdlə bağlı təlimlər verən qondarma akademiyanın direktorlarından biri olan Qulo Türkiyənin daxilindəki və Suriyadakı qoşunlara qarşı hərəkətə keçmək üçün təşkilat üzvlərinə təlim keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR