Bakı-APA. Konqonun Beni şəhərində əhali arasında baş vermiş çaxnaşma zamanı yaranan basabasda 13 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mülki geyimli sərxoş hərbçi havaya 4 atəş açıb, nəticədə insanlar arasında çaxnaşma yaranıb.
Şəhər meri Jan Edmond Nyonyinin sözlərinə görə, ölənlərdən səkkizi özünü suya ataraq boğulub, dörd nəfər bədbəxt hadisə nəticəsində, bir nəfər isə ürəktutmasından ölüb.