Bərdədə qidadan zəhərlənən 5 yaşlı uşağın vəziyyəti ağır olaraq qalır

Bərdədə qidadan zəhərlənən 5 yaşlı uşağın vəziyyəti ağır olaraq qalır
# 03 noyabr 2016 09:58 (UTC +04:00)

Bərdə rayonunda pomidor turşusundan zəhərlənən 5 yaşlı uşağın vəziyyəti ağır olaraq qalır.

Bərdə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rəna Mustafayeva APA-nın Qarabağ bürosuna bildirib ki, həkimlərin bütün səylərinə baxmayaraq Sübhan Məmmədovun səhhətində heç bir irəliləyiş yoxdur: “Həkimlər əllərindən gələni əsirgəmir. Bir qədər əvvəl mənim də iştirakımla Sübhanı bir daha müayinə edirik. İrəliyə doğru dəyişiklik yoxdur. Uşağı xəstəxanaya gec çatdırıblar, yəni ağırlaşmış vəziyyətdə gəlib. Ona görə də müsbət nəticə əldə etməkdə çətinlik çəkirik”.

Baş həkim onu da bildirib ki, ailənin digər üzvləri Könül Məmmədova və oğlu Pərviz Məmmədovun vəziyyətləri kafi qiymətləndirilir. Cəmalə Məmmədova və onun 8 aylıq oğlu Cihanın vəziyyəti isə stabildir.

Qeyd edək ki, hadisə 4 gün əvvəl Bərdə rayonunun Xan Ərəb kəndində qeydə alınıb. Ev şəraitində konservləşdirilmiş pomidor turşusundan zəhərlənən Könül Məmmədova, qızı Cəmalə, oğlu Pərviz Məmmədov və nəvələri Cahid və Cihan zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR