Səhiyyə Nazirliyi: Mərkəzi Neftçilər Xəstəxanasında xidmətlərin tarifləri qaldırılmayıb

Səhiyyə Nazirliyi: Mərkəzi Neftçilər Xəstəxanasında xidmətlərin tarifləri qaldırılmayıb
# 25 yanvar 2016 14:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) qiymət artımı barədə məlumatlar yanlışdır”. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, son günlər bəzi KİV-də MNX tərəfindən təqdim olunan xidmətlərin tariflərinin artırılması barədə xəbərlər yayılıb: “Məlumatın nə dərəcədə əsaslı olmasını aydınlaşdırmaq məqsədi ilə biz MNX-ya müraciət etdik. Tibb müəssisəsindən bildirdilər ki, təqdim olunan xidmətlərin tarifləri qaldırılmayıb. Ümumiyyətlə, bu məsələ gündəmdə deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR