Azərbaycan prezidenti Bruney sultanını təbrik edib

Azərbaycan prezidenti Bruney sultanını təbrik edib
# 22 fevral 2016 15:37 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bruney-Darüssalamın sultanı Hacı Həssənal Bolkiahı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, xalqlarımız arasındakı dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza daim sülh və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR