Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 10-na təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətində azadlıqdan məhrum edilən X. İsgəndərova barəsində bəraət hökmünün çıxarılması haqqında apellyasiya şikayəti verib. O, qətli başqa şəxsin törətdiyini iddia edir.
Fizuli İsgəndərov 2014-cü ilin sentyabrında qətlə yetirilib. F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.