Tovuzda avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəza zamanı ölən şəxsin 1966-cı il təvəllüdlü Tovuz şəhər sakini Həsənov Tofiq Şəmil oğlu olduğu müəyyənləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
23:44
Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.
APA- nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun qərb tərəfindən girişində qeydə alınıb.
“Opel” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən, kimliyi hələ ki, məlum olmayan, təxminən 48-55 yaşlarında olan kişini vurub.
Sürücü piyadanı Tovuz rayon Mərkəzi Xəstəxanaya çatdırsa da, onun yolda keçindiyi məlum olub. Hazırda piyadanın kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.