Elmar Məmmədyarov fransalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Elmar Məmmədyarov fransalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
# 16 noyabr 2016 12:44 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər əsnasında nazir Elmar Məmmədyarov 17 noyabr 2016-cı il tarixində Fransa Respublikasının xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək.

Görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR