Martda Azərbaycanda kommersiya banklarının xarici borclanması 3%-ə yaxın azalıb

Martda Azərbaycanda kommersiya banklarının xarici borclanması 3%-ə yaxın azalıb
# 08 may 2017 15:59 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə  124,5 mln. manat və ya 1,67% azalaraq 2017-ci ilin aprelin 1-nə 7 310,9 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin  fevral ayı ilə müqayisədə martda bankların xarici borclanması 200,4 mln. manat və ya 2,67% azalıb.

 

Ümumiyyətlə, 2016-cı ilin dekabrı ilə müqayisədə bu ilin martında bankların məcmu xarici öhdəliklərin həcmi  86,1 mln. manat və ya 1,19% artıb.

 

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2017-ci ilin aprelin 1-nə 3 159 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5 968,5 mln. manat və ya 2,89 dəfə azdır. Məcmu xarici aktivlərin həcmində bu ilin fevral ayı ilə müqayisədə martda 717 mln. manat və ya 18,5%-lik azalma baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR