Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 19 yanvar 2016 08:39 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasda məhkəmə baxışının vaxtının təyin olunmasına və prosesin istintaq olmadan keçirilməsinə qərara verilib

Məhkəmə baxışı fevralın 2-nə təyin olunub.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə Gülər Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. O, 2014-cü il mayın 5-də 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra G. Əhmədova üzərindən məhkumluğun götürülməsi barədə ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun müraciətini rədd edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR