Ştaynmayer Rusiyanın hansı halda "G8"ə qayıda biləcəyini açıqlayıb

Ştaynmayer Rusiyanın hansı halda "G8"ə qayıda biləcəyini açıqlayıb
# 31 avqust 2016 08:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Rusiyanın hansı halda "G8"ə qayıda biləcəyini açıqlayıb.

APA-nın məlumatına görə, nazir “RedaktionsNetzwerk Deutschland” saytına müsahibəsində deyib ki, Suriya və Donbas məsələsində irəliləyiş müşahidə edildiyi halda, G7 ölkələri Rusiya ilə onun bu formata qayıtmasını müzakirə etməyə hazırdır: “Suriya və Ukraynadakı münaqişə göstərir ki, dünyanın böyük iqtisadi mərkəzlərinin məhdud danışıqlar formatından Rusiyanı çıxarmaq bizim marağımızda deyil. Əgər Ukraynanın şərqində və Suriyada barışıq üzrə danışıqlarda irəliləyiş əldə olunsa, G7 üzrə tərəfdaşlar bunu Rusiya ilə müzakirə etməyə hazırdırlar. "G8"ə qayıtmağın açarı Rusiyanın öz əlindədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR