Xaçmaz. Vəli Turan - APA. Quba rayonunda dərmandan zəhərlənmə faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Aşağı Atuc kənd sakini, 2000-ci il təvəllüdlü Kərimova Nərmin Fəzail qızı dərman zəhərlənməsi nəticəsində xəstəxanaya yerləşdirilib. Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən N.Kərimova həkimlərin səyi nəticəsində xilas edilib. Hazırda onun vəziyyəti normaldır.
Faktla bağlı araşdırmalar davam etdirilir.