Azərbaycan prezidenti Qarabağ nizamlanmasında fəallığına görə Putinə təşəkkür edib

Azərbaycan prezidenti Qarabağ nizamlanmasında fəallığına görə Putinə təşəkkür edib
# 08 avqust 2016 15:40 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ nizamlanmasındakı fəal iştiraka görə təşəkkür edib.

APA-nın RİA Novosti agentlyinə istinadən verdiyi məlumata görə, İ. Əliyev Rusiyanın münaqişənin həllindəki rolunu xüsusi vurğulayıb.

O xatırladıb ki, iyunda Sankt-Peterburqda keçirilən görüş bu mövzuya həsr olunub: “Bu prosesdə fəal iştirak etdiyinə görə sizə minnətdaram”.

İ. Əliyev bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin mütamadi görüşləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin inkişafına yeni impuls verir: “Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, siyasi dialoq, iqtisadi əlaqələr möhkəmlənir”.

O həmçinin qeyd edib ki, yeni format olan Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü regionda ölkələrin iqtisadi əməkdaşlığının inkişafına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR