Türkiyə XİN Birləşmiş Ərəb Əmirliyinə qarşı hücumu pisləyib

Türkiyə XİN

© APA | Türkiyə XİN

# 17 yanvar 2022 19:49 (UTC +04:00)

Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları pisləyir.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb: “Hücumlarda həyatını itirənlərə Allah rəhmət eləsin, ailələrinə, Birləşmiş Ərəb Əmirlikləri xalqına və hökumətinə başsağlığı veririk", - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft infrastrukturunun dron hücumuna məruz qalması nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR