Türkiyədə bu gün koronavirusdan 221 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 221 nəfər ölüb
# 24 sentyabr 2021 21:43 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 221 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 355 226 nəfər test edilib, onların 27 197-nin koronavirus testi pozitiv nəticə verib, 20 458 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 107 380 295 peyvənd tətbiq edilib ki, bunun da 85,90 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR