Türkiyədə koronavirusdan daha 193 nəfər vəfat edib

Türkiyədə koronavirusdan daha 193 nəfər vəfat edib
# 16 dekabr 2021 01:08 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 193 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 357 325 nəfərin test edildiyi, 19 872 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 239 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 122 037 127 peyvənd tətbiq edilib ki, bunun 91,17 faizi birinci, 82,22 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR