Türkiyənin xəzinə və maliyyə naziri faiz dərəcəsinin artırılmasının səbəbini açıqlayıb

Türkiyənin xəzinə və maliyyə naziri faiz dərəcəsinin artırılmasının səbəbini açıqlayıb
# 22 iyun 2023 17:00 (UTC +04:00)

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək ölkənin Mərkəzi Bankın faiz dərəcəsini 8,5 %-dən 15%-ə yüksəltməsini şərh edib.

O qeyd edib ki, qarşıdakı dövrdə ölkədə yürüdüləcək iqtisadi siyasət bu anlayış ətrafında formalaşacaq.

Nazirin sözlərinə görə, yeni addımlar Türkiyə iqtisadiyyatına gələcəkdə böyük sərmayələrin cəlb olunmasına səbəb olacaq: “Bu, investisiyaların və istehsalın maliyyələşdirilməsini xeyli asanlaşdıracaq, türk lirəsinin sabitliyini bərpa edib etibarlı valyutaya çevrilməsini təmin edəcək. Pulumuzun sabit və etibarlı olması dollarlaşma bəlasının qarşısını almaq üçün ən təsirli həll yoludur.”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR