SOCAR ötən ay ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

SOCAR ötən ay ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb
# 01 avqust 2016 15:20 (UTC +04:00)

Bakı - APA-Economics. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin iyul ayında 26 min 754 ton dizel yanacağı, 4 min 801 ton təyyarə yanacağı, 8 min 904 ton yüksək təzyiqli polietilen, 1 min 270 ton mütləqləşdirilmiş izopropil spirti, 3 min 618 ton propilen və 3 min 185 ton butilen butadien fraksiyası ixrac edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, 2016-cı ilin yanvar-iyul ayları ərzində 415 min 978 ton dizel yanacağı, 133 min 539 ton təyyarə yanacağı, 2 min 5 ton soba mazutu, 55 min 800 ton yüksək təzyiqli polietilen, 8 min 655 ton mütləqləşdirilmiş izopropil spirti, 35 min 215 ton maye piroliz qətranı, 28 min 171 ton propilen və 13 min 271 ton butilen butadien fraksiyası ixrac edilib.

2016-cı ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 440,30 ABŞ dolları, təyyarə yanacağının - 419,26 dollar, dizel yanacağının - 389,43 dollar, 1% kükürdlü mazutun qiyməti - 243,33 dollar, yüksək təzyiqli polietilenin - 1160 dollar, butilen butadien fraksiyasının - 440,57 dollar, maye piroliz qətranının - 440,30 dollar, propilenin qiyməti - 670 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 920 avro təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR