“Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!” adlı sosial çarx hazırlanıb

“Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!”  adlı sosial çarx hazırlanıb
# 14 yanvar 2016 07:57 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yeni sosial çarx hazırlayıb.

Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərinin gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış şəxslərin və idman ustalarının iştirakı ilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin!” adlı yeni sosial rolik yanvarın 13-dən etibarən MetroPark Ticarət və Əyləncə Mərkəzinin bütün monitorlarında işıqlandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR