Bərdə-İstisu avtomobil yolunda avtomobil körpüsünün inşasına başlanıb

Bərdə-İstisu avtomobil yolunda avtomobil körpüsünün inşasına başlanıb
# 29 oktyabr 2016 09:37 (UTC +04:00)

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Bərdə-İstisu avtomobil yolunun 10-cu km-də mühüm əhəmiyyətə malik avtomobil körpüsü inşa edilir.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Tərtər rayonunun Sarcalı kəndi ərazisində, Tərtər çay üzərində inşası aparılan 3 aşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 m-dir.

Körpü 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 8,5 m-dir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1,75 m enində piyada səkilərinin də tikintisi nəzərdə tutulub.

Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr yanaşma yolları və ümumi uzunluğu 56 metr olan 5 ədəd dairəvi borunun tikintisi aparılacaq.

Tərtər rayonunun Zolgölən və Sarcalı kəndlərini birləşdirəcək avtomobil körpüsü istismara verildikdən sonra məsafə dəfələrlə qısalacaq. Ümumilikdə 11 yaşayış məntəqəsinin 25,6 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq. Bundan öncə isə vətəndaşlar Tərtər və Bərdə rayon mərkəzlərinə getmək üçün 10 km-dən artıq yol qət etməli olurdular.

Hazırda tikinti işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR