Baş katib: “NATO yeni "soyuq müharibə"yə hazırlaşmır”

Baş katib: “NATO yeni "soyuq müharibə"yə hazırlaşmır”
# 15 fevral 2016 12:32 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “NATO yeni "soyuq müharibə"yə hazırlaşmır, lakin indiki halda da Rusiya tərəfdaşımız sayılmır”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Bild” qəzetinə müsahibəsində deyib. “Dünya dost və düşmənə ayrılması mümkün olmayacaq qədər mürəkkəbdir. Rusiya olmadan biz genişmiqyaslı münaqişələri tənzimləyə bilmərik. Uyğunlaşmaq məcburiyyətində olduğumuz yeni çətin vəziyyət yaranıb”, - deyə baş katib qeyd edib.

Y . Stoltenberqin sözlərinə görə, Moskva fürsət düşdükcə, nüvə silahından istifadə ilə təhdid edir: “Rus ordusu nümayişkəranə şəkildə nüvə silahından istifadə ilə bağlı təlimlər keçirir. Nüvə silahı mövcud olduğu müddətdə bu, bizim çəkindirmə strategiyamımzın bir hissəsi olaraq qalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR