Lənkəran rayonunun Liman şəhərində bir qrup sakin aksiya keçirib - YENİLƏNİB

Lənkəran rayonunun Liman şəhərində bir qrup sakin aksiya keçirib - <span style="color: red;">YENİLƏNİB
# 12 yanvar 2016 12:15 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Lənkəran rayonunun Liman şəhərində bir qrup rayon sakini aksiya keçirib.

APA-nın məlumatına görə, aksiya iştirakçıları Ələt-Astara magistralını bağlamağa cəhd göstəriblər.

Hadisə yerinə polis qüvvələri cəlb edilib, eyni zamanda rayon icra hakimiyyətinin rəsmiləri gəlib.

Lənkəran şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, aksiya insidentsiz başa çatıb: “Bu gün 100-ə yaxın sakin Ələt-Astara yolunu bağlamağa cəhd edib. Lənkəran şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR