Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 4-ü 12:00-da Sabirabadda vətəndaşlarla görüşəcək.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazir Sabirabad, Hacıqabul, Saatlı rayonlarında və Şirvan şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı nömrələrlə zəng etmələri xahiş olunur.
Sabirabad rayonunda 02123 55155
Hacıqabul rayonunda 02332 43101
Saatlı rayonunda 02128 52123
Şirvan şəhərində 02121 51515