Bakı. Musa Əhmədov – APA-Economics. Oktyabrın 18-də “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin dövlət istiqrazları üzrə hərrac keçiriləcək.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, bir istiqrazın nominal dəyəri 100 manat, ümumi həcmi 20 mln. manatdır.
İstiqrazların tədavül müddəti 182 gündür.
İstiqrazların ödəmə müddəti 18 aprel 2017-ci ildir.
İstiqrazların yerləşdirilməsində anderrayter qismində “Paşa Kapital İŞ” QSC çıxış edəcək.