“ASAN xidmət”də 8 milyonuncu vətəndaş müraciəti qeydə alınıb

“ASAN xidmət”də 8 milyonuncu vətəndaş müraciəti qeydə alınıb
# 15 fevral 2016 13:47 (UTC +04:00)

Quba. Vəli Turan – APA. “ASAN xidmət” mərkəzlərinin mərkəzləşdirilmiş elektron növbə sistemində 8 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu müraciət Quba rayon sakini Babayeva Pəri Algül qızı Quba rayonunda fəaliyyət göstərən səyyar “ASAN xidməti”dən yararlanarkən qeydə alınıb. 60 yaşlı P. Babayeva Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət edib və xidmətdən yararlanıb.


Qeyd edə ki, hazırda 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda, qalanları isə Sumqayıt, Sabirabad, Bərdə və Gəncə şəhərlərindədir. Bununla yanaşı, Səyyar “ASAN xidmət”in xüsusi avadanlıqlarla təchiz olunan 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmətlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR