"Azercell Telekom" MMC müştəri xidmətlərində innovativ bir addım atır. Şirkət özəl abunəçilərinə fərdi yanaşma təklif edir. Son illər ərzində "Azercell"ə sadiq olan abunəçilər üçün "Premium Müştəri Xidmətləri" yaradılıb.
13 oktyabr 2016-cı il tarixində özəl abunəçilər üçün keçirilən mərasimdə “Azercell Telekom” MMC yeni “Premium Müştəri Xidmətləri”ni təqdim edib. Artıq bu ilin oktyabr ayından etibarən bir qrup sadiq və şirkət xidmətlərindən daha çox yararlanan aktiv abunəçilərə “Premium Müştəri xidmətləri” göstərilir. Bu qrupa daxil edilən hər bir fərdi abunəçi üçün müştəri xidmətlərində xüsusi kurator təyin edilib.
“Premium Müştəri Xidmətləri”nin bir çox üstünlükləri var. Onlardan biri, bu qrup çərçivəsində Premium abunəçilərə müxtəlif istisna xidmətlərin göstərilməsidir. Belə ki, hər bir Premium abunəçi şəxsi kuratoru ilə fərdi şəkildə onu maraqlandıran məsələlərə aydınlıq gətirir. Bu zaman nömrə sahibinə mobil cihazla əlaqədar texiniki dəstək verilir, yaranmış hansısa çətinliklər prioritet formada dərhal həll edilir.
Bundan əlavə, “Azercell” şirkəti Premium müştəriləri üçün xüsusi kampaniyalar da təşkil edir. Məsələn, bu abunəçilərin Avropaya etdiyi zənglər və rouminqdə olarkən danışıqlarına görə 15 faiz endirim nəzərdə tutulub. Azercell tərəfindən özəl müştəriləri üçün xüsusi “Ad günü” kampaniyası da nəzərdə tutulub.
Premium müştəri siyahısına düşmək üçün seçim meyarlarına gəlincə isə qeyd etmək lazımdır ki, bu müştərilərə Azercell-in “Hədsiz” tarifi sahibləri, 5 il ərzində aktiv olan abunəçilər və son ardıcıl 6 fakturası 100 AZN-dən artıq olan faktura, həmçinin SimSim abunəçiləri aiddir.
Təqdimat mərasimində Azercell-in Premium müştəriləri iştirak edib. Onlara yeni xidmətin üstünlükləri və özəllikləri nümayiş etdirilib.