Avtomobillə vurulan Bakı sakini ölüb

Avtomobillə vurulan Bakı sakini ölüb
# 24 aprel 2017 10:10 (UTC +04:00)

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  Abşeron rayonunun Təzəkənd qəsəbəsində Ağsu rayon sakini Tehran Verdiyev idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Şirəli Hümbətovu vurub.

 

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR