Bakı-APA. “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, təbii fəlakət qurbanlarının əksəriyyəti – 98 nəfəri Haitidə qeydə alınıb.
“Metyu” qasırğasının yaxınlaşması səbəbindən Kybada bir milyondan çox adam təhlükəli ərazilərdən təxliyə edilib.
Qeyd edək ki, “Metyu” qasırğası 2007-ci ildən bu vaxtadək qeydə alınan tufanlardan ən güclüsüdür.