“Türkmənistanın nəqliyyat sahəsində dövlət siyasətinin əsas istiqaməti Mərkəzi Asiya, Xəzər, Qara dəniz, Baltik regionu, Yaxın Şərq, Cənub və Cənub-Şərqi Asiyanı birləşdirən yeni geoiqtisadi məkanın yaranmasıdır”.
APA-nın məlumatına görə, bu sözləri Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Batır Rəcəbov səfirliyin təşkil etdiyi brifinqdə deyib. O bildirib ki, Türkmənistan və Azərbaycan arasında nəqliyyat sahəsində mövcud potensialdan istifadə etmək üçün aktiv iş aparılır.
Diplomat nəqliyyat sahəsində işçi qrupunun bu günlərdə Azərbaycanda olduğunu söyləyib. O, noyabrın 26-27-də Türkmənistanda dayanıqlı nəqliyyat sistemi ilə bağlı ilk qlobal konfransın keçiriləcəyini bildirib. Konfransda Azərbaycan da iştirak edəcək.