Bakı-APA. Rusiyanın “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak “Akkuyu” AES-in tikintisi məsələsini müzakirə ediblər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Rosatom"-un məlumatında bildirilir.
Görüş İstanbulda, Ümumdünya Enerji Konqresi çərçivəsində baş tutub. Sabah “Rosatom”-un nümayəndə heyətinin Konqresin işinə qatılacağı bildirilir.
Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında Mersində ilk AES-in tikilməsi ilə bağlı saziş 2010-cu ildə imzalanıb.