Nazir müavini: "Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bəzi rəsmiləri ciddi qanun pozuntularına yol verib"

Nazir müavini: "Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bəzi rəsmiləri ciddi qanun pozuntularına yol verib"
# 25 oktyabr 2016 15:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "2015-ci ilin sonlarından Baş prokuror yanında Korrupsiyaya Qarşı Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan yoxlamalar nəticəsində ayrı-ayrı rəsmi şəxsləri tərəfindən ciddi qanun pozuntularına və maliyyə saxtakarlığına yol verildiyi üzə çıxıb. Təəssüflər olsun ki, baş verən hadisələr nazirliyin qurumlarının maliyyə və təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib, müəssisələrin gəlirliliyi aşağı düşüb və müəssisələr borcla işləmək məcburiyyətində qalıb". "APA-Economics" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin yanvar ayının 15-dən nazirlikdə ciddi islahatlar aparılıb: "Nazirliyin mərkəzi aparatında struktur dəyişikliyi edilib. Həmin dəyişikliklər nəticəsində ilk növbədə nazirliyin tabeli qurumlarına nəzarətin həyata keçirilməsi, mütəmadi olaraq maliyyə yoxlamalarının və auditin aparılması məqsədilə daxili nəzarət, audit şöbəsi, maddi-texniki təchizatın bir mərkəzdə cəmlənməsi və idarə edilməsi məqsədilə təsərrüfat və maddi-texniki təchizat şöbələri yaradılıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR