Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb
# 11 aprel 2017 09:35 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21-09" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa qapılarının içərisindən aksiz markası olmayan, üzərində "Parliament" yazısı olan 6400 ədəd siqaret aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR