Dövlət qurumlarının göstərdiyi xidmətlərin səviyyəsi qiymətləndiriləcək

Dövlət qurumlarının göstərdiyi xidmətlərin səviyyəsi qiymətləndiriləcək
# 07 noyabr 2016 14:26 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyası “Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi Qaydaları”nı təsdiqləyib.

APA-nın məlumatına görə, hər bir xidmət təminatçısı istifadəçilərə yüksək keyfiyyətli xidməti həyata keçirmək məqsədi ilə göstərdiyi dövlət xidmətlərinin bu Qaydalarla müəyyənləşən meyarlara və altmeyarlara uyğunluğunu yoxlamalı, çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirləri görməlidir.

“ASAN xidmət indeksi” hər bir dövlət xidmətinin təşkili və göstərilməsi üzrə vəziyyətin bu Qaydalara uyğun qiymətləndirilməsi nəticəsində müəyyən edilən ölçü vahididir. “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla müəyyən edilən qiymətləndirmə meyarları və altmeyarları vasitəsilə təşkili və cari vəziyyətinin öyrənilməsini, məlumatların toplanmasını, yoxlanılmasını, təhlilini və qiymətləndirilməsini özündə ehtiva edən sistemdir. Hər bir dövlət xidməti barədə qiymətləndirmənin keçirilməsi məlumatların toplanması, toplanmış məlumatların təhlili və Dövlət Agentliyi tərəfindən qiymətləndirmənin aparılması və qiymətləndirmə nəticələrinin sistemləşdirilməsi, nəticələrə dair arayış və hesabatların hazırlanması mərhələlərindən ibarətdir. Qiymətləndirmə mərhələləri (yerində baxış və xidmət yerində keçirilən rəy sorğuları istisna olmaqla) Elektron Reyestrdə formalaşdırılan qismən avtomatlaşdırılmış proqram təminatı vasitəsilə həyata keçirilir. Qiymətləndirmənin aparılması üçün Dövlət Agentliyi tərəfindən işçi qrupu yaradılır. Dövlət xidmətlərinin qiymətləndirilməsi ildə bir dəfədən az olmayaraq həyata keçirilir və nəticələri Elektron Reyestrin Portalı vasitəsilə ictimaiyyətə açıqlanır. İşçi qrupu 5 “ulduz” sistemi üzrə hər ulduz sisteminə aid edilmiş altmeyarlara görə toplanmış nəticə (TN) və mümkün nəticəni (MN) hesablayır. Toplanmış nəticə hər ulduz sistemi üzrə alınan müsbət balların çəki əmsalları ilə hasillərinin cəmindən ibarətdir. Mümkün nəticə altmeyarlar üzrə toplana biləcək maksimum nəticədir. Hər ulduz sistemi üzrə əldə edilən nəticə ondan əvvəlki ulduz sistemləri üzrə nəticəni də əldə etmiş sayılır. 1 ulduz sistemi üzrə altmeyarların çəki əmsalı “0.2”, 2 ulduz sistemi üzrə altmeyarların çəki əmsalı “0.4”, 3 ulduz sistemi üzrə altmeyarların çəki əmsalı “0.6”, 4 ulduz sistemi üzrə altmeyarların çəki əmsalı “0.8”, 5 ulduz sistemi üzrə altmeyarların çəki əmsalı “1”-dir. Yekun nəticə olaraq (YN) altmeyarlar üzrə toplanan nəticənin (TN) həmin altmeyarlar üzrə mümkün nəticəyə (MN) faizlə nisbəti müəyyən edilir. 0-20 faiz toplandığı halda yekun nəticə “1 (bir) ulduz” olaraq, 21-40 faiz toplandığı halda nəticə “2 (iki) ulduz” olaraq, 41-60 faiz toplandığı halda nəticə “3 (üç) ulduz” olaraq, 61-80 faiz toplandığı halda nəticə “4 (dörd) ulduz” olaraq, 81-100 faiz toplandığı halda nəticə “5 (beş) ulduz” olaraq qiymətləndirilir.

Arayış qiymətləndirmənin nəticələrinə münasibət bildirilməsi üçün dövlət xidmətini göstərən xidmət təminatçısına təqdim edilir. Xidmət təminatçısı arayışa dair rəy və təkliflərini 15 iş günü müddətində Dövlət Agentliyinə təqdim etməlidir. Qiymətləndirmənin nəticələri barədə Azərbaycan prezidentinə hesabat verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR