Şəmkirdə dəm qazından zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zəyəm qəsəbə sakini, 1943-cü il təvəllüdlü Diləfruz Məcid qızı Bağırova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək Şəmkir Mərkəzi rayon xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.