Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 19-a olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,2% artaraq 1,6 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dolların rəsmi məzənnəsi 1,5969 manata bərabər olub.