Zaqatalada maliyyə idarəsinin fəhləsi iş başında maşınla vurulub

Zaqatalada maliyyə idarəsinin fəhləsi iş başında maşınla vurulub
# 21 sentyabr 2016 07:49 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda yol kənarını təmizləyən fəhlə ağır xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 06.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 129-cu kilometrliyində Aşağı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Qüdrət Müsənnif oğlu Şabanov ərazidə yol kənarını təmizləyərkən rayonun Makov kənd sakini, 1981-ci il təvəllüdlü Rasim Saleh oğlu Ağayevin idarə etdiyi “VAZ 21124” markalı 10 SG 912 dövlət nömrə nişanlı avtomobilə vurulub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Qüdrət Şabanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

MRX-dan APA-ya bildirilib ki, Qüdrət Şabanova qapalı kəllə-beyin travması, baş sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti ağırdır. Lazımi ilkin tibbi yardım göstərilən zərərçəkənin vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

 

Qüdrət Şabanovun Maliyyə Nazirliyinin Zaqatala Rayonu üzrə Maliyyə İdarəsinin fəhləsi olduğu bildirilib. 

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR