Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Təranə Nağı qızı Cəfərova binadan düşərək ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, dünyasını dəyişən T. Cəfərova Təchizat İdarəsində xadimə işləyib. O binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Təchizat İdarəsi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə eyni binada yerləşir.