Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ilin dekabr ayında Azərbaycanda 2 mlrd. KVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.
“APA-Economics”in “Azərenerji” ASC-yə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin dekabr ayı ilə müqayisədə 0,2 KVt/s və ya 9,09% azalıb.
2015-ci ilin 12 ayı ərzində ölkə enerji sistemində 22,5 mlrd. KVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da 2014-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə 0,2 KVt/s və ya 0,88% azdır.
Bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.