Angela Merkel: “Ərdoğanla görüş konstruktiv keçib”

Angela Merkel: “Ərdoğanla görüş konstruktiv keçib”
# 10 iyul 2016 02:17 (UTC +04:00)

Bakı-APA. Almaniya kansleri Angela Merkel ötən gün bildirib ki, Varşavada NATO sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş problemləri həll etməsə də, konstruktiv keçib.

“Fikir ayrılıqları danışıqlar vasitəsi ilə öz-özünə yoxa çıxmır. Problemlərin həlli ilə bağlı cəhdlərin edildiyi danışıqlar çox işgüzar və konstruktiv abu-hava şəraitində aparılıb.

Kansler qeyd edib ki, buna baxmayaraq, heç bir qərar qəbul olunmayıb, mübahisəli məqamlar müzakirə olunmalıdır.

Məlumata görə, Ərdoğan Bundestaqın uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı təəssüf hissi keçirdiyi bildirib. Merkel, öz növbəsində, qeyd olunan qətnamənin Türkiyə-Aİ münasibətlərinə xələl gətirməməsi üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR