Britaniya səfiri Naxçıvana səfər edib

Britaniya səfiri Naxçıvana səfər edib
# 20 oktyabr 2016 15:28 (UTC +04:00)

Bakı – APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüşüb.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, V. Talıbov səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onu Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu ifadə edib.

Blokada şəraitində yaşayan Naxçıvanda iqtisadi inkişafın, sabitliyin, enerji və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin sədri ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb.

Kerol Meri Krofts isə göstərilən xoş münasibətə görə minnətdarlıq edib, muxtar respublika haqqında ətraflı məlumata malik olduğunu və görülən işlərin məmnunluq doğurduğunu bildirib. Siyasi və iqtisadi cəhətdən Naxçıvanın əhəmiyyətini qeyd edən səfir əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR