Bakı - APA. Braziliyada həbsxanada baş verən toqquşma 25 nəfərin ölümü ilə nəticələnib.
APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, Braziliyanın şimalında yerləşən Rorayma ştatında həbsxanada iki qruplaşma arasında toqquşma olub.
Tərəflər bıçaq və ağac dəyənəklərdən istifadə ediblər.
Popayma ştatının ədliyyə nazirinin bildirdiyinə görə, insident qohumların dustaqlara baş çəkməsi zamanı baş verib. Həbsxananı ziyarət edənlərdən təxminən yüz nəfər bir müddət girovluqda qalıb.
Toqquşmanın qarşının alınması üçün həbsxanaya xüsusi təyinatlılar yeridilib, insidentin qarşısı alınıb. Həbsxanaya ziyarətə gələnlər arasında zərər çəkən olmayıb.