Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 800,0 (səkkiz yüz) min manat, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400,0 (dörd yüz) min manat, Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsinə 400,0 (dörd yüz) min manat ayrılıb.