Masallıda iki minik avtomobili toqquşub, ölən və yaralanan var

Masallıda iki minik avtomobili toqquşub, ölən və yaralanan var
# 26 mart 2017 18:53 (UTC +04:00)

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın  Cənub bürosunun verdiyi xəbərə görə,  hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

 

Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1981-ci il təvəllüdlü Mirqoşqar Mürsəlov Mirşamil oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 1980-cı il təvəllüdlü Rəhim İsmayılov Əlifağa oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomaşını toqquşub.

 

Nəticədə "VAZ"-ın sürücüsü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. R.İsmayılov ağır vəziyyətdə Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Onun vəziyyətinin orta ağır olduğu deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR