Qazaxıstanda FETÖ-yə bağlı məktəblərin fəaliyyəti yoxlanacaq

Qazaxıstanda FETÖ-yə bağlı məktəblərin fəaliyyəti yoxlanacaq
# 20 avqust 2016 14:54 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı olan Qazax-Türk TəhsiL Dərnəyinin (KATEV) nəzdindəki məktəblərdə bir ay ərzində yoxlama aparılacaq.

APA-nın “Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Təhsil və Elm Nazirliyi yazılı açıqlama yayıb. Bununla əlaqədar nazirlik və müvafiq qurumların nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb, KATEV-ə bağlı məktəblərdə yoxlanması vacib olan məsələlərin siyahısı hazırlanıb. 30 gün ərzində aparılan yoxlamalar zamanı bu məktəblərin Qazaxıstanın təhsil sahəsində qanunlarına uyğun fəaliyyət göstərib-göstərmədiyi, fəaliyyətləri və lisenziya tələblərinə cavab verib-vermədiyi yoxlanacaq. Yoxlamalardan sonra məktəblərin qanuni fəaliyyət göstərib-göstərmədiyinə dair qərar veriləcək.

Qeyd edək ki, avqustun 5-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, iki ölkənin təhsil nazirlikləri tərəfindən ortaq komissiya yaradılacaq və Qazaxıstanda KATEV-ə bağlı məktəblərə nəzarət ediləcək. Qazaxıstanda KATEV-ə bağlı çoxlu sayda məktəb var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR