Ukrayna bu il ABŞ-dan 24 milyard dollardan çox hərbi yardım alıb

Ukrayna bu il ABŞ-dan 24 milyard dollardan çox hərbi yardım alıb
# 28 dekabr 2023 17:42 (UTC +04:00)

Ukrayna bu il ABŞ-dan 34 hərbi yardım paketi alıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “X” platformasında yazıb.

Zelenski qeyd edib ki, bir il ərzində Kiyev ABŞ-dan 24 milyard dollardan çox hərbi yardım alıb və Vaşinqtonun gələcəkdə də qətiyyətli addımlar atacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Kiyevə bu il ərzində son - 250 milyon dollarlıq hərbi yardım paketi ayırdığını bildirib.

Həmin paketə NASAMS hava hücumundan müdafiə sistemləri, HIMARS yaylım atəşi sistemləri üçün döyüş sursatı, “Stinger” daşına bilən zenit-raket sistemləri, müxtəlif sursatlar, ehtiyat hissələri və digər avadanlıqlar daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR