Ukrayna dünən gecə 7 İran dronunu məhv edib

Ukrayna dünən gecə 7 İran dronunu məhv edib
# 10 avqust 2023 12:23 (UTC +04:00)

Ukrayna qüvvələri gecə boyunca İran istehsalı 7 dronu məhv edib.

APA “Sky News”a istinadən xəbər verir ki, Ukrayna hava qüvvələri dronların ölkənin şimal-şərqindən, Rusiyanın Kursk şəhəri istiqamətindən atıldığını bildiriblər.

Məlumata görə, axşam saat 11-də başlayan və təxminən 5 saat davam edən hava hücumu zamanı Rusiya tərəfindən 10 dron buraxılıb.

Dronların zərərsizləşdirilməsində Ukraynanın HHM qüvvələrinə məxsus idarəolunan raketlərdən və kiçik çaplı silahlardan istifadə edildiyi bildirilib.

Qeyd edək ki, Rusiya rəsmiləri də gecə boyunca Moskva və Krım yaxınlığında 13 Ukrayna dronunun vurulması barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR