Ukrayna Litvadan hərbi yardım paketi alıb

Ukrayna Litvadan hərbi yardım paketi alıb
# 09 fevral 2024 17:34 (UTC +04:00)

Ukrayna Litvadan hərbi yardım paketi alıb.

APA xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov "X" hesabında paylaşım edib.

"Ukrayna Litvadan qış ləvazimatları və on minlərlə isti geyim dəstlərindən ibarət daha bir mühüm hərbi paket aldı", - ukraynalı nazir paylaşımında bildirib.

O, litvalı həmkarına və Litva xalqına Ukraynanın mübarizəsində verdiyi dəstəyə görə təşəkkür edib: "Biz Rusiya təcavüzünə qarşı mübarizəmizdə həmrəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR