Ukraynada müharibədə ölən uşaqların sayı 423-ə çatıb

Ukraynada müharibədə ölən uşaqların sayı 423-ə çatıb
# 14 oktyabr 2022 11:04 (UTC +04:00)

Ukraynada müharibə başlayandan oktyabrın 14-dək aparılmış hərbi əməliyyatlar zamanı öldürülən uşaqların sayı 423-ə çatıb, daha 810 uşaq yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram” kanalında məlumat paylaşıb.

Bildirilib ki, Ukraynanın bölgələri üzrə ən çox uşaq Donetsk vilayətində müharibənin qurbanı olub.

Məlumatda vurğulanıb ki, bu yekun göstərici deyil və müharibə qurbanı olan uşaqların dəqiq sayının müəyyən edilməsi məqsədilə müvəqqəti işğal altındakı ərazilərdə və azad edilmiş ərazilərdə, həmçinin aktiv döyüş əməliyyatlarının aparıldığı bölgələrdə işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR