Bakı-APA. İraq ordusunun artilleriya zərbələri nəticəsində İŞİD terror qruplaşmasının iki yüksək vəzifəli üzvü öldürülüb.
APA-nın “RİA Novosti”ə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.
“Mosulun qərbindəki Vai kəndində edamların keçirilməsi üzrə İŞİD lideri Səlim Əbu Xələf Rükayyə və qruplaşmanın maliyyə sektorunun rəhbəri Həmid Diş artilleriya zərbələri nəticəsində öldürülüblər”, - deyə məlumatda bildirilib.